SON XƏBƏRLƏR

Etnik bəluçların din xadimi yenidən İran hakimiyyətinə xəbərdarlıq etdi

2023.01.07, 11:40
Etnik bəluçların din xadimi yenidən İran hakimiyyətinə xəbərdarlıq etdi

Gunaz.tv

O, Ukrayna təyyarəsinin SEPAH raketləri ilə qəsdən məhv edilməsi, Sistan və Bəlucistan əyalətində etiraz aksiyası keçirən insanların öldürülməsi kimi məsələlərə toxunub və İran rəsmilərindən üzr istəmələrini tələb edib.

Din xadimi 3 aydan çoxdur davam edən aksiyalarda saxlanılanların taleindən nigəranlığını bildirib və Tehran hakimiyyətini repressiyaları, məhbuslardan məcburi etiraf almağı dayandırmağa çağırıb.

Qeyd edək ki, yanvarın 6-ı günorta saatlarında Zahidan şəhərində cümə namazından sonra başlayan aksiyalarda minlərlə etnik bəluç hökumətə qarşı şüarlar səsləndirib, repressiyaları pisləyiblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar