Tovuz döyüşlərindən 1 il ötür- General Polad Həşimovun şəhid olduğu gündür

2021-07-12 08:11

General-mayor Polad Həşimov və daha 11 hərbçinin şəhid olduğu Tovuz döyüşlərinin ildönümüdür.

Gunaz.tv Quote | Gunaz article

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətməklə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçmək cəhdi edib.

Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələri endirilib.

Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib.

Azərbaycan Ordusu da döyüşlərdə itki verib.

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olub.


Ermənilərin atdığı mərminin Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, 76 yaşlı ev sahibi Əziz Əliyev də şəhid olub. Bundan başqa, ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17