SON XƏBƏRLƏR

“Traktur” fanatları ingiliscə FİFA-ya çağırış edərək farsların türklərə qarşı irqçiliyinin dayandırılmasını istəyiblər FOTO

2021.10.20, 07:36
“Traktur” fanatları ingiliscə FİFA-ya çağırış edərək farsların türklərə qarşı irqçiliyinin dayandırılmasını istəyiblər FOTO

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının fanatları ötən gün İsfahanın “Zob ahən” komandası ilə keçirilən görüş zamanı stadionda ingiliscə bannerlər açaraq FİFA-dan İran rejiminin türklərə qarşı irqçiliyinin dayandırılmasına kömək etməsini istəyiblər.


İngiliscə yazılmış həmin vərəqlərdə deyilir:



"STOP RACISM AGAINST TURKS"- Türklərə qarşı irqi ayrı-seçkiliyi dayandırın!


“Traxtur” tərəfdarları digər yazıda farsların türklərə qarşı irqçiliyinin dayandırılmasına kömək etmək üçün FİFA-ya müraciət ediblər:

 

FİFA, kömək et!

Bütün futbol görüşlərində Persepolis komandasının azarkeşləri türklərə qarşı irqçi şüarlar səsləndirirlər.

 

 

 

 

Xatırladaq ki, “Persopolis”lə “Traxtur”un Tehranda keçirilmiş son oyunu zamanı ev sahibi olan komandanın azarkeşləri Azərbaycan türklərinə qarşı irqçi şüarlar səsləndirmişdilər. “Persopolis”in 5 tərəfdarı isə çəkdikləri videoda “Traxtur” komandasının fanatları və Azərbaycan xalqını kəskin təhqir etmişdilər.

 

Azərbaycanlı milli-mədəni fəallar İran rəsmilərinin heç bir tədbir görməmələrinə görə, müxtəlif həştəqlərlə etiraz kampaniyası təşkil edərək, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası- FİFA-dan bu cür addımları atan irqçilərin məsuliyyətə cəlb olunmaları üçün məsələyə qarışmasını istəyiblər.

 

 

 

 

 

 

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar