GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş prezidenti Donald Tramp ölkədəki qeyri-leqal miqrantları qovmağa hazırlaşır.
Bu barədə o CBS kanalına müsahibəsində danışıb.
Tramp ABŞ-Meksika sərhədinə divar tikmək üçün layihə belə hazırlatdırıb.
"Biz kriminal keçmişli narkotik alverçiləri, bandit dəstələrinin üzvlərini ölkəmizdən qovmağa hazırıq. Belə adamlar ABŞ-da çoxdur. Onların əksəriyyəti qanunsuz miqrantdır və sayları 3 milyondan çoxdur. Biz onları ölkəmizdən deportasiya edəcəyik", - deyə Tramp bildirib.
N.S