SON XƏBƏRLƏR

Tramp Amerikada koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı

2021.10.20, 07:36
Tramp Amerikada koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti ölkədə yeni koronavirusun yayılmasının iyul-avqust aylarında bitəcəyini gözləyir.

 

"Report" “TASS”a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Tramp əlavə edib: “İnsanlar koronavirusun iyul, avqust ayına qədər bitəcəyi barədə danışırlar. Lakin, bu daha uzun müddət davam edə bilər. Bu müddət, səlahiyyətli şəxslərin müvafiq işlərin öhdəsindən necə gələcəyindən və ölüm nisbətini azaltmalarından asılı olacaq”.

 

Tramp, eyni zamanda, yeni koronavirusun ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyini də etiraf edib.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar