SON XƏBƏRLƏR

Tramp: “Amerikanın nüvə sazişindən çıxması, İranın regional davranışına təsir göstərib”

2021.10.20, 07:36
Tramp: “Amerikanın nüvə sazişindən çıxması, İranın regional davranışına təsir göstərib”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp iyunun 7-də Vaşinqtona səfər edən Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdən sonra jurnalistlərə açıqlamasında İranın bölgədə yürütdüyü siyasətindən danışıb.

 

Qərbin İranla imzaladığı nüvə razılaşmasının çox pis bir saziş olduğunu bir daha təkrar edən Tramp bildirib ki, Amerikanın bu sazişdən çıxmasının ardınca İran və onun rəhbərlərinin regionda sərgilədiyi davranışını qismən dəyişib: “Bizim sazişdən çıxmağımız İranın regional davranışına təsir göstərib. İran və onun rəhbərləri son üç ayda çox dəyişiblər və onların regionda fəaliyyəti keçmişlə müqayisədə xeyli azalıb. Belə ki, onlar artıq, Aralıq dənizinə çox diqqət ayırmır, Suriyada, Yəməndə və digər yerlərdə  baş verənlərə az önəm verirlər. İran hazırda tam fərqli davranır.

 

İran, artıq neçə ay əvvəlki İran deyil. İran rəhbərləri hazırda özlərindən fərqli rəftar və davranış sərgiləyirlər. Ümid edirəm iş bir gün o yerə gəlib çatacaq ki, onlar yeni bir razılaşmanın əldə olunması üçün bizimlə gəlib müzakirə aparmağa başlayacaqlar. Elə bir saziş ki, həm onların, həm də bizim xeyirimizə olsun”.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar