GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə birlikdə prezident təyyarəsi ilə Nyu-Yorkdan Vaşinqtona gedib.
Qeyd edək ki, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək. Mərasimi 900 minə yaxın insan izləyəcək.
Prezident təyyarəsi ənənəvi olaraq Sent Endryus hərbi bazada eniş enib. ABŞ-ın yeni seçilmiş prezidenti bu vaxtadək səfərlərini üzərində “Tramp” yazılmış təyyarə ilə həyata keçirib.
Donald Tramp andiçmə mərasimi günü bir neçə fərman imzalamaq niyyətindədir.
“Röyters”in verdiyi xəbərə görə, Tramp səlahiyyətlərindən istifadə edərək Meksika ilə sərhəddə səddin inşa edilməsi və immiqrasiyanın məhdudlaşdırılması istiqamətində ilk addımlar atmaq niyyətindədir. Bundan başqa o, Barak Obamanın qəbul etdiyi bəzi fərmanları ləğv etmək niyyətindədir.
Tramp, həmçinin seçki kampaniyası və seçildikdən sonra sərt tənqid atəşinə tutduğu Mərkəzi Kəşfiyyat İdarəsinin mənzil qərargahına baş çəkməyi planlaşdırır.
Məlumata görə, Trampın imzalaması üçün 200-dək müxtəlif fərman hazırlanıb, yeni prezident andiçmə mərasimi günü onlardan bir neçə əhəmiyyətlisini seçib imzalayacaq.
N.S