SON XƏBƏRLƏR

Tramp: “Biz, İran rejimini dəyişmək niyyətində deyilik”

2021.10.20, 07:36
Tramp: “Biz, İran rejimini dəyişmək niyyətində deyilik”

Gunaz.tv

GünazTV: Tokioda səfərdə olan ABŞ prezidenti Donald Tramp, mayın 27-də Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündən sonra jurnalistlərə açıqlamasında hökumətinin İranla bağlı siyasətindən danışıb.

 

Tramp bildirib ki, Vaşinqton İranın hakim rejimini devirmək fikrində deyil: “Mən çoxlu iranlılar tanıyəram. Onlar yüksək səviyyəli insanlardır. İranın böyük iqtisadi potensialı var. İran hətta  indiki rəhbərliyi ilə də dünyada böyük bir ölkəyə çevrilə bilər. Onun buna şansı var. Açığını deyim ki, biz, İran rejimini dəyişmək niyyətində deyilik. Biz, sadəcə olaraq, İranın nüvə silahlarına yiyələnməsinin qarşısını almaq istəyirik.

 

Həqiqətən də mənə elə gəlir ki, İran hansısa bir razılaşmanın əldə olunmasını istəyir. Bu isə onların (iranlıların) güclü zəkasının göstəricisidir. Hesab edirəm ki, bunun gerçəkləşməsinin ehtimalı böyükdür. Şəxsən mən inanıram ki, Tehranla Vaşinqton yeni bir sazişə nail ola bilər” –deyə Tramp vurğulayıb.

 

 

Xatırladaq ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi üç həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəzə göndərib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar