SON XƏBƏRLƏR

Tramp: “Biz İranla həqiqi bir sazişə gəlməyə hazırıq”

2021.10.20, 07:36
Tramp: “Biz İranla həqiqi bir sazişə gəlməyə hazırıq”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp iyulun 24-də köhnə əsgərlərlə görüşərək İranla imzalanmış nüvə sazişindən və Vaşinqtonun İranla gerçək bir razılaşma əldə etməyə hazırlığından danışıb.

 

Tramp deyib ki, onun hökuməti Amerikanın keçmiş prezidenti Barak Obama hökumətində İranla imzalanmış faciəli sazişi qəbul etmədiyi üçün ləğv edib: “Qərblə İran arasında əldə olunmuş nüvə sazişi dəhşətli və birtərəfli bir sazişdir. Məhz buna görə də mən nüvə sazişindən çıxdım. Lakin hazırkı İran  artıq əvvəlki ölkə deyil. Nə baş verəcəyini hamımız görcəyik. Lakin biz, İranla həqiqi bir sazişə gəlməyə hazırıq”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

Bu ilin noyabr ayından İran neftinə sanksiya qoymağa hazırlaşan Tramp və Amerikanın digər rəsmiləri bildirirlər ki, yaxın aylarda İran neftinin ixracını sıfıra salmaq istəyirlər. Rəsmi Vaşinqtonun bununla bağlı mövqeyini açıqlamasından sonra, İranın bir sıra rəsmiləri son həftələr öz çıxışlarında Qərbi tez-tez təhdid edir, ölkə neftinin satışına qadağa qoyulacağı təqdirdə, Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacaqlarını bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar