SON XƏBƏRLƏR

Tramp: “Biz, Səudiyyə Ərəbistanının neft təsisatlarına edilən hücumlara cavab vermək üçün tələsmirik”

2021.10.20, 07:36
Tramp: “Biz, Səudiyyə Ərəbistanının neft təsisatlarına edilən hücumlara cavab vermək üçün tələsmirik”

Gunaz.tv

GünazTV: Amerika prezidenti Donald Tramp sentyabrın 16-da jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Aramco təsisatlarına qarşı dron hücumlarına toxunaraq, hökumətinin buna münasibətindən danışıb.  

 

Tramp jurnalistlərdən birinin ona verdiyi “Sizcə bu hücumların arxasında İran dururmu” sualına cavablandıraraq deyib ki, bütün nişanələr belə bir ehtimalın olduğunu göstərir: “Hazırda belə nəzərə gəlir ki, bu hücumların arxasında İran durur. Bunu əminliklə deyə bilərəm. Lakin hesab edirəm ki, biz bu barədə aparılan araşdırmaların qəti nəticələrini gözləməliyik. Biz, Səudiyyə Ərəbistanının neft təsisatlarına edilən hücumlara cavab vermək üçün tələsmirik.

 

Mən heç kəslə müharibə etmək niyyətində deyiləm. Lakin buna baxmayaraq, biz hər bir ölkədən daha çox müharibəyə hazırıq. Bir sözlə, biz dünyanın ən güclü ordusuna malikik. Bizim seçimimiz çoxdur. Lakin hələ ki, bu seçimləri götür-qoy etməyə başlamamışıq. Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən bu hücum çox böyük idi. Bu hücum, bizim ölkənin daha böyük və geniş miqyası hücumu ilə qarşılana bilərdi. Lakin biz buna tələsmirik. Biz hələ ki, bu hücumun arxasında kimin durduğundan qəti şəkildə əmin olmaq istəyirik” -deyə ABŞ prezidenti Donald Tramp əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya al-Misarah  telekanalına açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürüb. O bildirib ki, onlar Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həmin hücumda 10 drondan istifadə ediblər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar