SON XƏBƏRLƏR

Tramp: Çin Amerika ilə ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb

2021.10.20, 07:36
Tramp: Çin Amerika ilə ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp bildirib ki, Çin Birləşmiş Ştatlarla ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb.

 

Bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

 

Ağ Ev başçısının sözlərinə görə, Çinlə sazişin şərti "sazişin üç-dörd həftə sonra imzalanmasını gözləmədən" Amerikanın böyük miqdarda kənd təsərrüfatı məhsullarını yubanmadan almaqdan ibarət olub.

 

"Çin artıq bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb", - deyə Tramp "Twitter"də yazıb.

 

ABŞ prezidenti "sazişin genişmiqyaslı birinci mərhələsini qurtarmağa" və ikinci danışıqlar mərhələsi başlamağa söz verib. "Report"

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar