SON XƏBƏRLƏR

Tramp: “Əgər İran rəhbərləri yeni bir sazişin əldə olunmasını istəməsələr demək ki, eqoist və axmaqdırlar”

2021.10.20, 07:36
Tramp: “Əgər İran rəhbərləri yeni bir sazişin əldə olunmasını istəməsələr demək ki, eqoist və axmaqdırlar”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp iyunun 26-da Yaponiyaya səfəri ərəfəsində “Fox News” telekanalına müsahibəsində, eləcə də “Twitter” səhifəsində yadığı bir neçə statusda İranla Amerika arasında mümkün savaşdan və Vaşinqtonun Tehranla yeni saziş imzalamaq istəyindən danışıb.

 

Tramp deyib ki, Amerika İranla savaşmaq istəmir: “Ümid edirik ki, müharibə heç vaxt olmayacaq. Lakin İranın hansısa bir səhv addımı nəticəsində savaş baş verəcəyi təqdirdə biz çox güclü bir mövqedən çıxış edəcəyik. Həmçinin, əgər Amerika Birləşmiş Ştatları İrana hücum etmək məcburiyyətində qalsa, Amerika ordusunun quru qüvvələri İran ərazisinə daxil olmayacaq. Bir sözlə, İrana quru qoşun yeridilməyəcək və əsgərlərimiz İran torpağına ayaq basmayacaqlar. Həm də düşünürəm ki, aramızda baş verə biləcək hər hansı bir savaş qısa müddətli olacaq və çox da uzanmayacaq.

 

İki ölkə arasında yaşanan hazırkı çaxnaşmaya gəlincə, biz nüvə sazişi yerinə İranla yeni bir razılaşmanın imzalanmasının tərəfdarıyıq. İran rejiminin iqtisadi durumu hazırda çox bərbad və dəhşətlidir. Hesab edirəm ki, İran İslam Respublikası öz xalqı üçün düzgün bir addım atmalı, bir iş görməlidir. Lakin təəssüflər olsun ki, İran rəhbərliyi o qədər də ağıllı deyil.

 

Əmin deyiləm ki, İran rəhbərləri öz vətəndaşlarına doğru müsbət bir addım atsınlar və onlara əhəmiyyət versinlər. Əgər onlar öz xalqına və onun durumuna əhəmiyyət verirlərsə, bizimlə saziş etməlidirlər. Lakin önəm vermirlərsə, özləri üçün bir çarə qılmalıdırlar. Daha doğrusu, əgər İran rəhbərləri yeni bir sazişin əldə olunmasını istəməsələr demək ki, eqoist və axmaqdırlar” –deyə Tramp əlavə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar