SON XƏBƏRLƏR

Tramp: “İran Amerikanın mənafeyinə qarşı addım atsa kəskin reaksiyamızla üz-üzə qalacaq”

2021.10.20, 07:36
Tramp: “İran Amerikanın mənafeyinə qarşı addım atsa kəskin reaksiyamızla üz-üzə qalacaq”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp mayın 20-də jurnalistlərə açıqlamasında İran rəhbərlərinin Amerikanın regional maraqlarına qarşı təhdidlərindən danışıb.

 

Tramp bildirib ki, əgər İran onun hökuməti ilə danışıqlara hazır olduğunu bildirsə, o rəsmi Tehranla müzakirə aparacaq: “Əgər İran Amerika Birləşmiş Ştatlarının mənafeyinə qarşı hansısa bir addım atsa, bizim kəskin reaksiyamızla üz-üzə qalacaq. Lakin hələ ki, onların belə bir addım atması barədə faktlar və nişanələr yoxdur.

 

İranın Amerikaya qarşı rəftarı düşmənçilik üzərində qurulub və İran İslam Respublikası dövlət səviyyəsində terrorizmə dəstək verən əsas ölkələrdən biridir. İran hazır olduğunu bildirən kimi biz onunla danışıqlara başlayacağıq. Lakin iki ölkə arasında hələ ki, bu barədə söhbət getmir. Bildirirəm ki, İran rəhbərləri yalnız müzakirəyə hazır olduqları zaman mənə zəng vura bilərlər” –deyə Tramp əlavə edib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iki həftə əvvəl İran rəhbərlərinə onunla əlaqə saxlamaq üçün telefon nömrəsi vermişdi. Bu barədə CNN telekanalı Amerikanın adının çəkilməsini istəməyən rəsmilərindən birinə istinadla mayın 10-da məlumat yaymışdı. Məlumata əsasən, Ağ Ev, İran rəhbərlərinin Trampla əlaqə saxlamaq üçün telefon nömrəsini Amerikanın İrandakı mənafeyini qoruyan İsveçrə səfirliyinin ixtiyarına qoymuşdu.

 

 

Qeyd edək ki, son həftələr Amerika Birləşmiş Ştatları İranın regional təhdidlərinə cavab olaraq, özünün “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini və B-52 bombardımançılarını bölgəyə göndərməsindən sonra, iki ölkə rəhbərləri arasında söz müharibəsi şiddətlənib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar