SON XƏBƏRLƏR

Tramp: “İran çox təhlükəli bir sahəyə qədəm qoymaqdadır”

2021.10.20, 07:36
Tramp: “İran çox təhlükəli bir sahəyə qədəm qoymaqdadır”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp iyulun 12-də Ağ Evdə jurnalistlərə açıqlamasında uranı yüksək səviyyədə zənginləşdirməklə bağlı fəaliyyətini yenidən bərpa etdiyinə və regionda atdığı provokativ addımlarına görə İrana sərt xəbərdarlıq edib.

 

Öz açıqlamasında rəsmi Tehranın çox təhlükəli bir oyuna girdiyini vurğulayan Tramp, İran İslam Respublikasına səslənərək onu ağıllı tərpənməyə çağırıb: “İran təhlükəli bir vəziyyətdədir. Onlar (İran rejimi) artıq çox təhlükəli bir sahəyə qədəm qoymaqdadırlar. Hesab edirik ki, İran öz rəftarına fikir verməli, ağıllı tərpənməli və muğayat olmalıdır. İran, əgər bunu eşidirsənsə, bil ki, çox muğayat və ayıq olmalısan” -deyə Tramp vurğulayıb.

 

Xatırladaq ki, Tramp iyulun 10-da “Twitter” səhifəsində yazdığı bir statusda İranın gizli nüvə fəaliyyətindən və Vaşinqtonun bu ölkəyə qarşı sanksiyaları daha da gücləndiriləcəyindən danışmışdı: “İran uzun müddət gizli şəkildə uranın zənginləşdirilməsi işi ilə məşğul olub və bunu dünya birliyindən məxfi saxlayıb. Bu isə keçmiş dövlət katibi Con Kerri və Obama administrasiyasının İranla bağladığı 150 milyard dollarlıq dəhşətli razılığın şərtlərinə ziddir. Unutmayın ki, o razılığın müddəti bir neçə ildə bitəcək və tezliklə bizim İrana qarşı sanksiyalarımız əhəmiyyətli dərəcədə artacaq” –deyə Donald Tramp əlavə etmişdi.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar