Tramp: “İran iqtisadi çətinliklərə görə problemə düşüb. Sanksiyalar öz təsirini göstərib və biz Tehranda danışıqlar aparmağa hazırıq”

17.10.2019, 11:03

GünazTV: ABŞ prezidenti Donald Tramp oktyabrın 16-da Ağ Evdə jurnalistlərlə görüşərək ölkəsinin İrana qarşı tətbiq etdiyi sanksiyalardan və Vaşinqtonun rəsmi Tehranla müzakirə aparmağa hazır olmasından danışıb.

 

Hökumətinin Orta Şərqdə yaşanan çaxnaşma və gərginliyi aradan qaldırmaq üçün yürütdüyü siyasətini müdafiə edən Tramp deyib ki, tətbiq edilən sanksiyalar nəticəsində İranın daxili istehsal həcmi 20-25 faiz azalıb: “İran üzləşdiyi iqtisadi çətinliklərə görə problemə düşüb. Sanksiyalar artıq öz təsirini göstərib və biz Tehranda danışıqlar aparmağa hazırıq.

 

Biz İranla müzakirə aparacağıq. Onlar isə buna meyillidirlər. İrana və onunla ticari əlaqəyə girən ölkələrə qarşı qoyulan sanksiya və tariflər yaxşı nəticə verib. İranın danışıqlar aparıb-aparmayacağını görəcəyik. Danışıqlar aparsalar özləri üçün yaxşı olacaq, aparmasalar da bizim üçün önəmli deyil” –deyə, ABŞ prezidenti Donald Tramp əlavə edib.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp 2018-ci il, mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla Qərb arasında imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir” –deyə, ABŞ prezidenti Donald Tramp bildirib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20