SON XƏBƏRLƏR

Tramp: “İran müzakirə aparmaq istəsə, biz də istəyərik”

2021.10.20, 07:36
Tramp: “İran müzakirə aparmaq istəsə, biz də istəyərik”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Yaponiyanın Baş Naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında ölkəsinin İranla müzakirələrə hazır olduğunu bəyan edib.

 

Tramp rəsmi Tehranın istədiyi təqdirdə, bunun baş tuta biləcəyini bildirib. O, həmçinin İranın danışıqlar aparmaq istədiyinə inandığını deyib.

 

Xatırladaq ki, may ayı ərzində iki ölkə arasında gərginliklər pik həddə çatıb. ABŞ-ın körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi, B-52 strateji bombardımançılar və Patriot zenit-raket kompleksi göndərməklə bağlı qərarından sonra regionda yeni savaş başlayacağı ilə bağlı narahatlıqlar artıb. Lakin amerikalı rəsmilər hər dəfə müharibə etmək istəmədiklərini, bu addımların İran təhdidlərinə qarşı atıldığını deyirlər.

 

Tramp mətbuat konfransında əlavə edib ki, görüş zamanı İran mövzusu ətrafında da müzakirə aparılıb. O, heç kimin, hətta özünün belə regionda müharibə kimi acı hadisələrin baş verməsini istəmədiyini deyib.

 

Qeyd etmək lazımdır ki, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bu yaxınlarda Yaponiyaya rəsmi səfərə getmişdi. Müxtəlif media orqanlarının məlumatına görə, qarşı günlərdə İranla Amerika arasında yaşanan gərginliyi azaltmaq üçün Yaponiya Baş Nazirinin Tehrana gedəcəyi gözlənilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar