SON XƏBƏRLƏR

Tramp: “İran müzakirə aparmaq istəyir, amma necə başlayacağını bilmir”

2021.10.20, 07:36
Tramp: “İran müzakirə aparmaq istəyir, amma necə başlayacağını bilmir”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəsmi Tehranın Vaşinqtonla müzakirə aparmaq istədiyini, lakin bu prosesi necə başladacağını bilmədiyini deyib.

 

O, jurnalistlərlə görüşü zamanı sanksiyaların İran iqtisadiyyatını və neft sektorunu ağır vəziyyətə saldığını və nəticədə Tehranın müzakirələrə can atdığını deyib. Tramp öz administrasiyasının yeni razılıq əldə etmək üçün danışıqlara hazır olduğunu bəyan edib.

 

Bundan öncə də Tramp bir neçə dəfə İranın Amerika ilə yeni razılaşma əldə etmək üçün danışıqlar aparmaq istədiyini və bu ölkənin iqtisadiyyatının çökmək üzrə olduğunu dilə gətirib.

 

Xatırladaq ki, ABŞ-ın 2018-ci ilin may ayından nüvə razılaşmasından çıxması və daha sonra sanksiyalar tətbiq etməsiylə, İran iqtisadiyyatı ağır vəziyyətə düşüb. Son statistikalar göstərir ki, iyul ayı ərzində ölkənin günlük neft ixracatı 100 min bareldən bir az çox olub, hansı ki, bu rəqəm sanksiyalardan əvvəl günlük təqribən 2.5 milyon barel idi. Statistikalara əsasən, hazırda depolarda İranın 100 milyon bareldən çox müştərisiz nefti qalıb.

 

Digər tərəfdən, İran prezidenti Həsən Ruhani bir müddət əvvəl amerikalı rəsmilərin bəyanatlarına verdiyi reaksiyada bildirmişdi ki, ölkəsi yalız sanksiyaların qaldırıldığı təqdirdə, sözügedən müzakirəyə başlaya bilər.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar