SON XƏBƏRLƏR

Tramp: “İran rejimi bütün sahələrdə iflasa uğrayıb, ölkədə dəyişiklik baş verməsinin vaxtı gəlib çatıb”

2021.10.20, 07:36
Tramp: “İran rejimi bütün sahələrdə iflasa uğrayıb, ölkədə dəyişiklik baş verməsinin vaxtı gəlib çatıb”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp yanvarın 1-də özünün “Twitter” səhifəsində yaydığı bir yazıda İranda axundların hakimiyyətinə qarşı üsyana qalxan dinc etirazçılara dəstək verib.

 

Tramp bildirib ki, İranda köklü bir dəyişiklik baş verməsinin vaxtı çatıb: “İranın Obama hökuməti ilə imzaladığı çox pis nüvə sazişinə baxmayaraq, bu ölkə, bütün sahələrdə iflasa və məğlubiyyətə uğrayıb. Bu gün, İran əhalisi azadlığın təşnəsidir. İranda insan hüquqlarının pozulması ilə yanaşı ölkə sərvətləri də yağmalanaraq qarət edilib. Hesab edirəm ki, İranda dəyişiklik baş verməsinin zamanı çatıb”.

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

Son günlər, İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.

 

 

A.M   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar