SON XƏBƏRLƏR

Tramp: “İran sonunda gerçək bir sazişin bağlanması ilə razılaşmalı olacaq”

2021.10.20, 07:36
Tramp: “İran sonunda gerçək bir sazişin bağlanması ilə razılaşmalı olacaq”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Ağ vdə jurnalistlərə açıqlamasında İranla yeni bir nüvə sazişinin bağlanması ehtimalından danışıb.

 

Öz açıqlamasında qərblə İran arasında imzalanmış nüvə sazişini “məsxərə bir razılaşma” adlandıran Tramp bildirib ki, onun hökumətindən əvvəl, dünya ictimaiyyəti İranın Orta Şərqdə hegemonluğu ələ alacağından nigaran idi, lakin indi vəziyyət tam dəyişib və rəsmi Tehran yalnız öz sabahını düşünür: “Hazırda İran rejimi yalnız öz varlığını qoruyub saxlamaq, onu davam etdirmək uğrunda mübarizə aparır. Hazırda İranın müxtəlif şəhərlərində üsyanlar baş verir və rejim gündən-günə artan inflyasiya ilə üz-üzə qalıb.

 

Qərbin İranla imzaladığı nüvə sazişinə gəlincə, mən bu məsxərə razılaşmanı bəyənmir, qəbul etmirəm. Hesab edirəm ki, İran sonunda bizimlə gerçək bir sazişin bağlanması ilə razılaşmalı olacaq”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar