SON XƏBƏRLƏR

Tramp: “İran terrorçu bir ölkədir”

2021.10.20, 07:36
Tramp: “İran terrorçu bir ölkədir”

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp iyunun 18-də jurnalistlərə açıqlamasında Oman dənizində İranın iki neft tankerinə hücumundan və hökumətinin buna münasibətindən danışıb.

 

“Sepah”ın neft tankerlərinə bombalı hücumunu “kiçik və cüzi bir məsələ” adlandıran Tramp deyib ki, Amerika Birləşmiş Ştatları İranın regiondakı bütün hərəkətlərini nəzarət altında saxlayır: “Amerika Birləşmiş Ştatları İranın bu kimi əməllərinin qarşısını almağa tam hazırdır. Baxıb görək nələr baş verəcək.

 

Siz fikir verin onlar (iranlılar) nə ediblər. Mən yalnız ötən həftələrdə baş verən olaylardan danışmıram. Mən onların uzun illər gördüyü işlərdən və regionun sabitliyinə qarşı atdıqları addımlardan söhbət edirəm. İran terrorçu bir ölkədir. Güman etmirəm ki, İranın bu hücumlarda əli olmasına inanmayanların sayı çox olsun. Amerikanın müxtəlif təhlükəsizlik qurumlarının apardığı araşdırmaların nəticəsi göstərir ki, İran bu hücumların arxasında olub. Mən isə bu fikirlə razıyam” –deyə Tramp əlavə edib.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiya və Norveçə məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü  vaxta təsadüf edib.

 

 

Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, bu olayda əli olduğunu təkzib edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar