SON XƏBƏRLƏR

Tramp: “İran vətəndaşları ölkəyə hakim rejimin korrupsiyalaşmasından, terrorizmə dəstəyindən boğaza yığılıblar”

2021.10.20, 07:36
Tramp: “İran vətəndaşları ölkəyə hakim rejimin korrupsiyalaşmasından, terrorizmə dəstəyindən boğaza yığılıblar”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp dekabrın 20-da öz “Twitter” səhifəsində yaydığı bir yazıda İranda hakimiyyətə qarşı keçirilən kütləvi etirazlara münasibət bildirərək aksiyaçılara dəstək verib.

 

Tramp bildirib ki, dünya birliyi İranda baş verən siyasi olayları diqqətlə izləyir: “İranda, hakim rejimin korrupsiyalaşmasından və onun ölkə sərvətlərini xaricdəki terrorizmə dəstək uğrunda bada verməsindən boğaza yığılan vətəndaşların dinc etirazlara qalxması barədə çoxlu məlumatlar yayılıb. Hesab edirik ki, İran hökuməti, öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmalı, ona riayət etməli və onların söz və ifadə azadlığını tanımalıdır”.

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə, İranın 10-dan çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz olaraq kütləvi aksiyalar və yürüşlər keçirilib, dini lider Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və ölkənin digər rəsmilərinə qarşı sərt şüarlar səsləndirilib. Xalq etirazları, hələ də davam edir. 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar