SON XƏBƏRLƏR

Tramp, İrana qarşı milli fövqəladə vəziyyət rejiminin vaxtını daha 1 il müddətinə uzadıb

2021.10.20, 07:36
Tramp, İrana qarşı milli fövqəladə vəziyyət rejiminin vaxtını daha 1 il müddətinə uzadıb

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donalt Tramp noyabrın 8-də İrana qarşı milli fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb.

 

Trampın məsələ ilə bağlı ABŞ Konqresinə yazdığı və “Ağ Ev”in rəsmi saytında dərc edilən məktubunda bildirilir ki, Amerika ilə İran münasibətləri hələ də normal vəziyyətə qayıtmadığına üçün, 1981-ci il, yanvarın 19-da Əlcəzayirdə Tehranla Vaşinqton arasında əldə edilmiş razılaşmanın icrası porosesi davam edir. Tramp,  Konqresə yazdığə məktubunda bildirib ki, o məhz bunu nəzərə alaraq, İrana qarşı milli fövqəladə vəziyyət rejiminin vaxtını daha 1 il müddətinə uzadır.

 

Amerikanın Tehracndakı səfirliyinin girov götürülmüş diplomatlarının azadlığa buraxılması məqsədilə 1981-ci ildə Əlcəzayirdə imzalanan həmin razılaşmadan sonra 444 gün əsarətdə saxlaxnılaxn amerikalı diplomatlar azadlığa buraxılıb öz vətənlərinə qayıtdılar.

 

Xatırladaq ki, İrana qarşı milli fövqəladə vəziyyət rejimini ABŞ-ın keçmiş prezidenti Ceyms Karter 1979-cu il, noyabrın 14-də, Amerikanın Tehrandakı səfirliyinin işğal olunmasından və amerikalı diplomatların ekstremist “Hizbullah”çı tələbələr tərəfindən girov götürülməsindən 10 gün sonra tətbiq edib. Həmin tarixdən başlayaraq, ABŞ prezidentləri hər il  fövqəladə vəziyyət rejiminin  müddətini uzadır və İrana qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayır.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar