SON XƏBƏRLƏR

Tramp, İrana qarşı müharibə səlahiyyətlərinin məhdudlaşdırılması barədə Senata xəbərdarlıq edib

2021.10.20, 07:36
Tramp, İrana qarşı müharibə səlahiyyətlərinin  məhdudlaşdırılması barədə Senata xəbərdarlıq edib

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp fevralın 12-də “Twitter” səhifəsində yaydığı bir yazıda, İrana qarşı hücüm və müharibə səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı bir layihənin qəbulu barədə Senata xəbərdarlıq edib.

 

Öz yazısında amerikalı senatorlara səslənən Tramp deyib ki, onun İranla müharibə səlahiyyətlərinə malik olması, Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyi üçün mühüm bir məsələdir: “Senatın bu hərəkəti İrana bu pis mesajı verir ki, o hər hansı bir cəzadan qorxmadan istədiyi addımı ata bilər.

 

Hesab edirəm ki, ölkəmizin təhlükəsizliyinin əhəmiyyətini nəzərə alaraq, Amerika Bİrləşmiş tatlarının Senatı, prezidentin İrana qarşı savaş səlahiyyətlərini məhdudlaşdıran layihəyə səs verməməlidir. Biz, İranla bağlı yaxşı irəli gedirik və güman edirəm ki, hazırda özümüzü zəif göstərməyimizin zamanı deyil.

 

Amerikalılar bizim terrorçu Qasım Süleymaniyə hücumumuzu tam dəstəkləyirlər. Əgər mənim əl-qolum bağlı olsa və ya səlahiyyətlərim məhdudlaşdırılsa, İranın boş bir meydanda at oynatmasına imkan və şərait yaranacaq. Bu isə Tehrana pis bir mesaj göndərir” -deyə, ABŞ prezidenti Donald Trampın “Twitter”də yaydığı yazısında bəyan edilir.

 

Demokratlar ötən ay bildiriblər ki, onların ABŞ prezidentinin hərbi səlahiyyətlərini azaltmaq məqsədilə hazırlanan layihəni Senatdan keçirmək üçün kifayət qədər səsləri var.

 

Əksəriyyətini Demokratlar təşkil edən ABŞ-ın Nümayəndələr Palatası yanvarın 31-də Amerika prezidentinin İrana qarşı hücum səlahiyyətlərini məhdudlaşdıran iki layihə qəbul edib. Həmin layihələrdən birinə əsasən, Konqresin razılığı olmadan İrana qarşı mümkün hücumda hərbi qüvvələrə federal büdcədən vəsait ayrılması qadağan sayılacaq.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar