SON XƏBƏRLƏR

Tramp İrana qarşı sanksiyaların artırılmasına göstəriş verib

2021.10.20, 07:36
Tramp İrana qarşı sanksiyaların artırılmasına göstəriş verib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Maliyyə Nazirliyinə İrana qarşı sanksiyaların artırılmasıyla bağlı qəti göstəriş verib.

 

Bunu bu gün öz “Twitter” səhifəsində bəyan edən Tramp yeni sanksiyaların hansı sahələri əhatə edəcəyilə bağlı təfərrüata toxunmayıb.

 

Trampın bu qərarı Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirilmiş hücumlardan və ABŞ rəsmilərinin İranı bu hücumlarda əlinin olmasında ittiham etməsindən sonraya təsadüf edir. Sanksiyaların artırılmasıyla bağlı göstəriş bu addıma görə İranın cəzalandırılması kimi hesab edilir.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin may ayının 8-də rəsmi Tehrana qarşı yenidən sanksiyaların qəbul ediləcəyini bəyan edərək, İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxıb. Bundan sonra qəbul edilən embarqolar nəticəsində İran iqtisadiyyatı ağır vəziyyətə düşüb. Hazırda ölkənin xarici gəlirlərinin təqribən 70%-ni təşkil edən neft ixracatı günlük 120 min barelə qədər enib. Hansı ki, bu rəqəm sanksiyalardan öncə günlük təqribən 2.6 milyon barel idi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar