SON XƏBƏRLƏR

Tramp: “İranın atacağı hər bir addıma cavab verməyə hazıram”

2021.10.20, 07:36
Tramp: “İranın atacağı hər bir addıma cavab verməyə hazıram”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp iyunun 25-də Ağ Evdə bir neçə dəqiqəlik jurnalistlərin suallarına cavab verib.

 

O, “Twitter” hesabında İranla bağlı yazdıqlarını şərh edərkən deyib: “Mesaj budur: Nə vaxt hazır olsalar, bizə xəbər verməlidirlər. Nə vaxt hazır olsalar, bizə xəbər verməlidirlər. Bu qədər sadə...İranın atacağı hər bir addıma cavab verməyə hazıram.”

 

Donald Tramp bir daha Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasını faciəvi adlandırıb və qeyd edib ki, bu razılaşma İranın nüvə silahı əldə etməsi üçün yollarını hamarlaşdırmışdı. Lakin ABŞ buna əsla icazə verməyəcək.

 

ABŞ prezidenti həmin razılaşma çərçivəsində İrana 150 milyard dollar pul verilməsini də kəskin tənqid edib. Onun sözlərinə görə, İran bu pulları terroristlərə verdi:

 

“Yadınızdadırsa, Con Kerriden soruşmuşdular ki, bu pullar terrorizmin maliyyələşdirilməsinə sərf edilər bilər, siz bunu bilirsiniz? Kerri isə cavabında bəli, əlbəttə, bu pullardan bir hissəsinin dediyiniz istiqamətdə sərf edilməsi mümkündür demişdi. Kerri də mən dediyimi bilirdi. Daha sonra onlar İrana 1 milyard 800 milyon dollar nağd pul verdilər. Axı bu necə razılaşmadır”- deyə Tramp əlavə edib.

 

Tramp sonda İranla mümkün müharibədən yayınma strategiyasıyla bağlı jurnalistlərin sualına cavabında bildirib ki, onun belə bir strategiyası yoxdur.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar