SON XƏBƏRLƏR

Tramp: “İranın başqa çarəsi yoxdur”

2021.10.20, 07:36
Tramp: “İranın başqa çarəsi yoxdur”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp sentyabrın 6-da yəhudi xaxamlarının rəhbərləri ilə telefon danışığında nüvə sazişindən və ölkənin ağır iqtisadi durumuna qarşı İranın müxtəlif şəhərlərində hakimiyyətə qarşı keçirilən son kütləvi etirazlardan danışıb.

 

Yəhudilərin yeni  ili sayılan “Roş ha-Şana” ərəfəsində baş tutan telefon danışığında İran iqtisadiyyatının tamamilə çökmə ərəfəsində olduğunu vurğulayan Tramp deyib ki, rəsmi Tehran, hazırda ölkəyə hakim rejimi qoruyub saxlamaq üçün əlindən gələni edir, istənilən addımı atır: “Bu gün, İran artıq əvvəlki ölkə deyil. Mənə elə gəlir ki, onlar (İran rəhbərləri) yaxın bir zamanda bizimlə əlaqə saxlayaraq yeni bir sazişin əldə olunmasına çalışacaqlar.

 

Əgər həqiqi yeni bir sazişə gəlmək mümkün olsa, biz bunu edəcəyik. Lakin əgər onlar bizimlə əlaqə saxlamasalar, bu bizim üçün önəm daşımayacaq. Çünki sonunda, onların yeni bir sazişə nail olmaq üçün bizimlə müzakirə aparmaqdan başqa çarələri qalmayacaq. Baxaq görək qarşıda nələr baş verəcək”.

 

Telefon söhbətində, Tramp nüvə sazişindən çıxması ilə bağlı verdiyi qərarını yenidən dəstələyib: “Biz, nüvə sazişini çoxdan ləğv etməli idik. Lakin Amerikanın o vaxtkı dövlət katibi Reks Tillerson buna qarşı çıxırdı”.

 

 

 Xatırladaq ki, Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar