SON XƏBƏRLƏR

Tramp: “İranın CİA casuslarını tutması ilə bağlı iddiası ağ yalandır”

2021.10.20, 07:36
Tramp: “İranın CİA casuslarını tutması ilə bağlı iddiası ağ yalandır”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp iyulun 22-də “Twitter” səhifəsində yazdığı bir statusda İran Kəşfiyyat Nazirliyinin ölkədə Amerikaya bağlı 17 casusun tutulması ilə bağlı yaydığı məlumata münasibət bildirib.

 

Tramp bildirib ki, İranda Amerika casuslarının həbs olunması ilə bağlı yayılan xəbər tamamilə saxtadır: “İranın CİA casuslarını tutması ilə bağlı yaydığı xəbər tamamilə saxtadır, ağ yalandır. Bu, tam məğlubiyyətə uğramış və nə edəcəyini bilməyən İranın dini rejiminin yeni bir yalan və propaqandasından başqa bir şey deyil. Bu yalan, onların vurulub salınmış pilotsuz uçan aparatları ilə bağlı uydurduqları dastan kimi bir şeydir.

 

Onların (İranın) iqtisadiyyatı ölüb və durumları bu baxımdan daha da pisləşəcək. İranın vəziyyəti mükəmməl bir qarma-qarışıqlıq, nizam-intizamsızlıqdır” –deyə ABŞ prezidenti Tramp əlavə edib.

 

Xatırladaq ki, ETTELAAT-ın anti-casusluq bölməsinin baş direktoru iyulun 22-də mediaya açıqlamasında ölkənin həssas mərkəzlərində 17 casusun həbs edildiyindən xəbər verib.

 

 

 Adı mediaya açıqlanmayan ETTELAAT rəsmisi deyib ki, ötən ayın sonlarında (xordadın 28-də) ölkənin mühüm və həssas iqtisadi, hərbi, nüvə və kiber mərkəzlərində çalışan, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) casusluq edən 17 nəfər həbs edilib: “Tutulan casus şəbəkəsi üzvlərinin bir-biri ilə əlaqəsi olmayıb. Onlar ayrı-ayrılıqda fəaliyyət göstəriblər. Həbs edilənlər podratçı və müşavir kimi işlədikləri mərkəzlərdə topladıqları informasiyaları CİA-ya ötürüblər.

 

Tutulanların hamısı İran vətəndaşlarıdır. Həmin şəxslərin artıq məhkəməsi keçirilib və onlardan bəziləri ölkəyə xəyanətdə və yer üzündə fəsad törətməkdə günahlandırılaraq ölümə məhkum ediliblər və həmin ittihama görə də edam ediləcəklər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar