SON XƏBƏRLƏR

Tramp: "İranın despot rejimi rəftarını dəyişmədikcə sanksiyalar ləğv edilməyəcək"- FOTO

2021.10.20, 07:36
Tramp: "İranın despot rejimi rəftarını dəyişmədikcə sanksiyalar ləğv edilməyəcək"- FOTO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 74-cü sessiyasında etdiyi çıxışda bildirib ki, İranın despot rejimi ölüm və terrorla məşğuldur.

 

Tramp nüvə razılaşmasından çıxmaqla bağlı verdiyi qərara toxunub və bunun səbəbinin İran rejiminin öz xalqını çapıb-talamaqla, nüvə silahına yiyələnməyə çalışması olduğunu deyib. O, İrana heç vaxt bu istəyinə nail olmağa imkan verməyəcəklərini əlavə edib.

 

ABŞ prezidenti sanksiyaların İrana kəskin şəkildə təsir etdiyini, buna görə də rejimin Səudiyyə Ərəbistanının neft təsisatlarına hücum kimi bir neçə aqressiv addım həyata keçirdiyini, nəticəsində isə İran Mərkəzi Bankına qarşı ən ağır embarqoların qəbul edildiyini deyib.

 

Dünya ölkələrini rəsmi Tehrana qarşı qəbul edilmiş sanksiyaları daha da kəskinləşdirməyə çağıran Tramp həmçinin hər kəsdən İran hökumətinin qan tökmək üzərində qurulan siyasətlərinə dəstək göstərməməyi istəyib.

 

"Hər bir ölkə addım atmağa borcludur. Heç bir ölkə ya rəsmi qan tökməyə susamış İran rəsmilərinə dəstək nümayiş etdirməməlidir. İran rəftarını dəyişmədiyi müddətdə sanksiyalar qaldırılmayacaq, əksinə, daha da şiddətləndiriləcək"- deyə ABŞ prezidenti əlavə edib.

 

Tramp həmçinin İran xalqının öz ölkəsində və digər ölkələrdə insanları qətliam edən deyil, kasıblığı aradan qaldıran və rüşvətin kökünü kəsən dövlətə ehtiyacı olduğunu vurğulayıb.

 

O, İran rejiminin anti-Amerika və İsrail münasibətinə, bu iki ölkəyə "ölüm" arzulamasının da qəbuledilməz olduğunu bildirib.

 

Tramp sonda bir daha vurğulayıb ki, ölkəsi müharibə etmək istəmir, İranla mövcud problemləri danışıqlar və sülh yolu ilə həll edib, normal münasibətlər qurmağa çalışır. O, Vaşinqtonun Əfqanıstanda da gözəl gələcək qurulması üçün səy göstərdiyini, lakin Taliban terror təşkilatının buna arxa çevirərək, vəhşi hücumlara davam etdiyini bildirib.

 

Xatırladaq ki, ABŞ 2018-ci ilin may ayının 8-də Hərtərəfli Birgə Fəaliyyət Planı adlandırılan nüvə razılaşmasından çıxmaqla, Tehrana qarşı maksimum təzyiq siyasətinə start verib. Amerikalı rəsmilər bildirirlər ki, buna səbəb İranın nüvə və raket proqramı, terrorist qruplaşmalara göstərdiyi dəstək, region ölkələrinin daxili işlərinə qarışmaq və digər bu kimi amillərdir. Həmin tarixdən etibarən 2 ölkə arasında gərginliklər pik həddə çatıb.

 

Səudiyyənin neft təsisatlarına edilmiş hücum

 

İrana qarşı sanksiyaların şiddətlənməsi, "Sepah"ın terror təşkilatları siyahısına salınması, "dini lider" Əli Xamneyi və xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiyalar qəbul edilməsi, İranın neft müştərilərindən 8 ölkəyə verilmiş möhlət hüququnun cari ilin may ayının 2-də dayandırılması, iki ölkənin qarşılıqlı olaraq bir-birinin pilotsuz uçan aparatını vurması, körfəzdə xarici dövlətlərə məxsus tankerlərə hücum, ABŞ-ın körfəzdə gəmiçiliyin təhlükəsizliyi üçün beynəlxalq koalisiya qurmağı planlaşdıırması və Səudiyyə Ərəbistanının 2 böyük neft təsisatına qarşı baş tutmuş hücum Vaşinqtonun nüvə razılaşmasından çıxmasından ötən təqribən 16 aylıq müddətdə baş verən əsas hadisələrdir.

 

 

ABŞ ilkin olaraq İranla yenidən razılaşma əldə etmək istiqamətində danışıqların başladılması üçün 12 şərt irəli sürmüşdü. Bunlar içərisində İranı nüvə və raket proqramlarını dayndırmağa, eləcə də regionda qeyri- stabillik yaradan siyasətlərdən əl çəkməyə çağıran müddəalar da var idi. Lakin hazırda Vaşinqton heç bir şərt irəli sürmədən, danışıqlara başlamağa hazır olduğunu bəyan edir. 

 

Digər tərəfdən, sanksiyalar nəticəsində İran iqtisadiyyatı iflic vəziyyətə düşüb. Hətta bəzi aylarda ət də daxil olmaqla, ölkədə müxtəlif qida məhsulları tapılmaz hala gəlmişdi. Sanksiyaların tətbiq edilməsindən öncəyə nisbətən İran riyalı öz dəyərini təxminən 70%-ə qədər itirib. Ölkənin daşınmaz əmlak bazarında qiymətlər on dəfələrlə artdığından, mənzillər sahibsiz qalıb. Neft satışı günlük 2.6 milyon bareldən 120 min barelə qədər enib. Bütün bunların nəticəsində ötən aylar ərzində dəfələrlə müəllimlər, fəhlələr və digər kateqoriyadan olan insanlar əməkhaqlarının ödənməməsi və ağır məişət şəraitinə görə etiraz aksiyaları keçiriblər. Hazırda bu aksiyaların bəziləri davam etməkdədir. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar