SON XƏBƏRLƏR

Tramp: “İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”

2021.10.20, 07:36
Tramp: “İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Ağ Evdə yəhudilərin Hanuka bayramı münasibətilə çıxış edərək İranın nüvə proqramından danışıb.

 

Öz çıxışında İranın regionda terrorçu qruplaşmalara yardımına toxunan Tramp bildirib ki, Vaşinqton hansı yolla olursa-olsun, İranın atom bombasına yiyələnməsinin qarşısını alacaq: “Biz, İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik. Biz, İranla imzalanmış dəhşətli sazişdən çıxdıq və Tehrana qarşı ən ağır sanksiyalar tətbiq etdik. Belə ki, bu gün, dünyada az ölkə tapmaq olar ki, əleyhinə bu qədər sanksiya tətbiq edilsin. Hesab edirik ki, belə bir saziş, əvvəlcədən heç imzalanmamalı idi.

 

Düşünürəm ki, biz İranın nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməməliyik. Biz, dünyada terrorizmin ən mühüm himayədarı olan İran kimi bir ölkənin nüvə silahı əldə etməsinə icazə verə bilmərik və verməyəcəyik də. Biz, həmişə “Amerikaya ölüm” şüarı səsləndirən, İsraili məhv etmək arzusundan danışan bir dövlətin dünyanın ən öldürücü silahına yiyələnməsinə imkan verə bilmərik. Bu, heç vaxt olmayacaq”.

 

Xatırladaq ki, Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir. Məhz bunları nəzərə alaraq, biz İranla bağlanmış nüvə razılaşmasından çıxdığımızı elan edirik”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar