SON XƏBƏRLƏR

Tramp: “İranın qitələrarası ballistik raketlər texnologiyasına yiyələnməsinə imkan verməyəcəyik”

2021.10.20, 07:36
Tramp: “İranın qitələrarası ballistik raketlər texnologiyasına yiyələnməsinə imkan verməyəcəyik”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp yanvarın 17-də Birləşmiş Ştatların raket hücumundan yeni müdafiə siyasəti ilə bağlı Pentaqonda keçirilən bir tədbirdə çıxış edərək, İranın bir neçə gün əvvəl orbitə raket daşıyan raketini sınaqdan keçirməsinə reaksiya verərək, İranla bağlı yürütdüyü siyasətindən danışıb.

 

Tramp bildirib ki, onun hökumətinin ən mühüm prioritet məsələlərindən biri Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir: “Ötən çərşənbə axşamında İran peyk daşıyan bir raketini sınaqdan keçirdi. Əlbəttə ki, bu sınaq məğlubiyyətə uğradı. Lakin əgər uğurla nəticələnsəydi, bu sınaq İrana həssas informasiyalar verə bilər, İran isə, həmin məlumatlardan faydalanaraq, qitələrarası ballistik raketlər istehsal etmək gücünə yiyələnə bilərdi. Bir sözlə, İran Amerika torpağına çata biləcək ballistik raketlər istehsal etmək qabiliyyətinə yiyələnə bilərdi. Lakin biz, bunun gerçəkləşdirilməsinə, yəni İranın qitələrarası ballistik raketlər texnologiyasına yiyələnməsinə imkan verməyəcəyik”.

 

ABŞ prezidenti öz çıxışında hökumətinin İranla bağlı atdığı addımlarına da toxunub: “Mənim prezident seçilməyimdən bu yana, bizim İranla bağlı atdığımız addımlar möcüzələr yaradıb. Mən, İranla imzalanmış zəif və dəhşətli nüvə sazişinə son qoydum. Qoyun açığını sizə deyim.  Bugünkü İran iki il əvvəlki İranla müqayisədə çox dəyişib. Daha doğrusu, İran artıq əvvəlki ölkə deyil və gələcəkdə də olmayacaq. İnanıram ki, onlar (iranlılar) bizimlə danışıqlar aparmaq istəyirlər”.

 

Xatırladaq ki, bir neçə gün əvvəl İranın “Pəyam” adlı peykini daşıyan raketi lazım olan sürətə çata bilmədiyindən, onu orbitə çatdıra bilməyib. Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi yanvarın 15-də jurnalistlərə açıqlamasında məlumat verib: “Bu gün səhər saatlarında peyk daşıyan raket iki mərhələni müvəffəqiyyətlə qət etsə də, 3-cü mərhələdə zəruri olan sürətə çata bilmədiyindən, “Pəyam” adlanan peyki orbitə çatdıra bilməyib”.

 

Məhəmməd Cavad Azəri Cəhromi

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar