Tramp iranlı rəsmilərdən Nəvid Əfkarini edam etməməyi tələb edib

2020-09-04 13:19

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İran rejiminin məsullarından güləşçi Nəvid Əfkarini edam etməməyi tələb edib.

Gunaz.tv Quote | Gunaz article

O, bu barədə "Twitter" səhifəsində yazıb. 


"İran hökumətinin idmanın güləş sahəsində 27 yaşlı sevimli ulduz Nəvid Əfkarini sırf küçədə anti- hökümət etirazlarında iştirak etdiyi üçün edam etmək qərarının olduğunu eşitmişəm. Onlar yalnız ölkədə iqtisadi vəziyyətin daha da pisləşməsi və inflyasiya (təvərrüm) həddinin yüksəlməsinə etiraz ediblər. İran rəhbərlərinə... Bu gəncin canına qıymasanız və onu edam etməsəniz, bunu yüksək dəyərləndirərəm", - deyə Tramp qeyd edib. 

 


Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus da Nəvid Əfkari və qardaşlarının istintaq dövrü zamanı ağır işgəncələrə məruz qaldıqlarını deyərək, məhkəmənin onlara qarşı çıxardığı hökmləri tənqid edib.


Xatırladaq ki, Nəvid Əfkari 2018-ci ildə İranın Şiraz şəhərində keçirilmiş etiraz aksiyalarında təhlükəsizlik orqanı əməkdaşını qətlə yetirməkdə ittiham edilərək, edam, 6 il yarım həbs və 74 şallaq zərbəsi cəzası alıb. O özü, eləcə də İran daxilində və xaricində fəaliyyət göstərən insan haqları fəalları ittihamları rədd edirlər. Onlar bildirirlər ki, istintaq dövründə Nəvid Əfkari cinayəti boynuna almaq üçün ağır işgəncələrə məruz qaldığından, işə yenidən baxılmalıdır. 


Nəvidin qardaşlarından birinə 54, digərinə qarşı isə 27 il həbs və şallaq cəzaları hökmləri çıxarılıb. 


Bir müddətdir ki, iranlılardan savayı, ABŞ başda olmaqla, dünya ölkələri liderlərindən bir qismi bu hökmlərin ləğv edilməsi üçün sosial şəbəkələrdə kampaniya başladıblar. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19