SON XƏBƏRLƏR

Tramp: “İslam inqilabı 40 il məğlubiyyət deməkdir”

2021.10.20, 07:36
Tramp: “İslam inqilabı 40 il məğlubiyyət deməkdir”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp fevralın 11-də İranda islam inqilabının qələbə çalmasının 40-cı ildönümü münasibətilə şəxsi “Twitter” səhifəsində fars və ingilis dillərində paylaşdığı postlarda, İranda ruhaniərin 40 illik hakimiyyətinin nəticələrini açıqlayıb.

 

Tramp bildirib ki, İrandakı islam inqilabı 40 il məğlubiyyət deməkdir: “40 il korrupsiya, 40 il repressiya, 40 il terror. İran rejimi yalnız 40 il məğlubiyyətə səbəb olub. Halbuki 40 ildir əzab içində yaşayan İran milləti daha yaxşı və parlaq bir gələcəyə layiqdir”.

 

 

Xatırladaq ki, fevralın 11-də islam inqilabının 40-cı ildönümü münasibətilə Tehranda və digər şəhərlərdə rejim tərəfdarlarının yürüşü keçirilib. Tehranda isə, yüzlərlə avtobus Tehran əyalətinin digər şəhər, kənd və qəsəbələrindən minlərlə insanı, o cümlədən də məktəbli uşaqları və dövlət orqanlarında çalışan işçiləri müxtəlif vədlər qarşılığında toplayaraq, yürüşə qatılmaq üçün paytaxta gətiriblər. Yürüşə həmçinin, hakim ruhanilər və onların ailə üzvləri, “Sepah”, “Bəsic” və “Hizbullah”çı qruplar və onların ailə üzvləri qatılıb.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar