SON XƏBƏRLƏR

Tramp kütləvi qırğın silahı ilə bağlı yeni milli strategiyanı təsdiq edib

2021.10.20, 07:36
Tramp kütləvi qırğın silahı ilə bağlı yeni milli strategiyanı təsdiq edib

Gunaz.tv

GünAz TV: Amerika prezidenti Donald Tramp kütləvi qırğın silahının terrorçu təşkilatların əlinə keçməsi təhlükəsinə qarşı mübarizə üzrə milli strategiyanı təsdiq edib.

 

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin açıqlamasında bildirilir.

 

Onun sözlərinə görə, Tramp İŞİD və digər terror təşkilatların gələcəkdə kütləvi qırğın silahlarından Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı istifadə etmək cəhdlərinin qarşısının alınması üçün qəti addım atıb.

 

Bildirilir ki, strategiya üç əsas bənddən ibarətdir. Sənəd ABŞ-ın bu silahın yaraqlılara çıxışının bağlanması üzrə qlobal səylərə rəhbərlik edəcək.

 

Amerika tərəfi həmçinin silahlılara və onların vasitəçilərinə zərbə endirməklə bu növ silahı almağa və istifadə etməyə can atan terrorçulara təzyiq göstərəcək. Bundan başqa, ABŞ hakimiyyəti ölkədə və xaricdə kütləvi qırğın silahlarının təhlükələrdən müdafiəsini də möhkəmləndirəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar