SON XƏBƏRLƏR

Tramp Novruz bayramı münasibətilə İran millətini təbrik edib

2021.10.20, 07:36
Tramp Novruz bayramı münasibətilə İran millətini təbrik edib

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp martın 20-də yeni il və Novruz bayramı münasibətilə İran millətini təbrik edib. İranda yeni il, Novruz bayramının ilk günündən başlanır.

 

Ağ Evin veb-saytında yerləşdirilən təbrik mesajında Tramp İran xalqı ilə həmrəy olduğunu bəyan edib. Tramp bildirib ki, İran milləti dünyada öz layiqli yerinə yüksəlməyi, öz zəngin və iftixar dolu mədəniyyətini yenidən bərpa etmək arzusundadır: “İran milləti bu il də, son 40 ildə olduğu kimi baharın gəlişini rəhimsiz və korrupsioner bir rejimin zülmü altında keçirir. Hesab edirik ki, iranlılar, onlarla hörmətlə rəftar edən, onlara cavabdeh olan bir hökumətə laqidirlər.

 

Biz İranın diktator hakimiyyətini pisləyir, İran xalqı ilə həmrəy olduğumuzu bildiririk. Biz İranda azadlığın yenidən bərqərar olunması üçün dua edirik. Hesab edirik ki, nəhayət İranda  azadlıq və ədalət zülmə qalib gələcək.

 

Amerika İranın hazırkı diktator rejimini pisləməyi davam etdirəcək. Biz İran xalqının azadlıq və insan hüquqları uğrunda apardığı mübarizəsini heç vaxt unutmayacaq, bu barədə onlara dəstəyimizi bundan sonra da davam etdirəcəyik”- deyə Tramp əlavə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar