GünAz TV: Meksikalı narkotik kartelləri Amerika Bilrəşmiş Ştatlarının (ABŞ) terrorçu təşkilatlar siyahısına salınacaq.
Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
Jurnalist Bill O'Reilly-yə müsahibə verən prezident son 90 gündür ki, bu məsələ üzərində işlədiyini deyib: "Bilirsiniz, bu məsələ asan deyil. Bəzi proseslərdən keçməliyik və hazırda o prosesin içindəyik”.
Trampın bu sözlərindən sonra Meksika Xarici İşlər Nazirliyi rəsmi açıqlama verərək ABŞ Dövlət Departamentinin rəsmilərindən məsələyə dair görüş tələb edib. publika.az
N.S