SON XƏBƏRLƏR

Tramp Pompeonun Kanzas ştatından senat seçkilərində namizədliyini dəstəkləyib

2021.10.20, 07:36
Tramp Pompeonun Kanzas ştatından senat seçkilərində namizədliyini dəstəkləyib

Gunaz.tv

GünAz TV: ABŞ dövlət katibi Mayk Pompeo 2020-ci ildə Kanzas ştatı üzrə senator seçkisində namizədliyini irəli sürə bilər.


APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp “Fox & Friends” televerilişində verdiyi müsahibədə səsləndirib.


Onun sözlərinə görə, Pompeo ABŞ-ın dövlət katibi olaraq “gördüyü işi çox sevir”, amma respublikaçıların 2020-ci il seçkilərində Kanzas senatorunun yerini itirə biləcəyi təhlükəsi varsa, Pompeo vəzifəyə namizəd ola bilər və “böyük çəki ilə qələbə qazana bilər”.


Qeyd edək ki, 3 noyabr 2020-ci ildə ABŞ-da keçiriləcək ümumi seçkilərdə ölkənin prezidenti və vitse-prezidenti, ABŞ Konqresinin Nümayəndələr Palatasının 435 üzvünün hamısı, 34 senator, 13 ştatın qubernatoru və bir neçə şəhərin merləri seçiləcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar