SON XƏBƏRLƏR

Tramp qalmaqallı qanunu təsdiqlədi

2021.10.20, 07:36
Tramp qalmaqallı qanunu təsdiqlədi

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp ölümcül xəstəliklərdən əziyyət çəkən amerikalıların eksperimental dərmanlar və müalicə metodlarına müraciət etməsinə icazə verən qanunu təsdiqləyib.

 

Oxu.Az xəbər verir ki, bu haqda “Associated Press” məlumat yayıb.

 

Məlumata görə, qanun layihəsi konqresdə ciddi mübahisələrə yol açıb: respublikaçılar ideyanı dəstəkləsələr də, demokratlar belə icazəyə görə ölüm ayağında olan xəstələrin yanlış ümidlərə qapılacağını hesab edir.

 

Tramp özü isə qanunun lehinədir.

 

Qanuna əsasən ağır xəstəliklərdən əziyyət çəkən insanlar sınaqdan keçməmiş dərmanlardan istifadə edə biləcək. Əvvəllər belə dərmanların müvafiq lisenziya alması və aptek rəflərinə çıxmasına illərlə vaxt tələb olunurdu.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar