SON XƏBƏRLƏR

Tramp “Sepah”ın hücumuna reaksiya verdi: “Hər şey yaxşıdır. Sabah səhər bəyanat yayacağam”

2021.10.20, 07:36
Tramp “Sepah”ın hücumuna reaksiya verdi: “Hər şey yaxşıdır. Sabah səhər bəyanat yayacağam”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp yanvarın 8-də “Twitter” səhifəsində yaydığı bir yazıda “Sepah” terror təşkilatının Amerikanın İraqdakı iki hərbi bazasına qarşı həyata keçirdiyi raket hücumuna reaksiya verib.

 

O bildirib ki, Amerika Birləşmiş Ştatları dünyanın ən güclü ordusuna malikdir: “Hələlik hər şey yaxşıdır. İraqdakı iki hərbi bazaya qarşı raketlər İran tərəfindən atılıb. Hücumun mümkün itkilərə və ziyanlara yol açıb-açmaması araşdırılır. Bu saata qədər hər şey yaxşıdır. Biz dünyanın ən güclü və modern ordusuna malikik. Sabah səhər bəyanat yayacağam” –deyə, ABŞ prezidenti Donald Trampın “Twitter”də yaydığı yazısında bildirilir.

 

“Sepah” terror təşkilatı yanvarın 8-i sübh saatlarında Amerikanın İraqdakı iki hərbi bazasına onlarla raketlə hücum edib. Hücumda, ABŞ-ın “Eynül Əsəd” hərbi bazası və İraqın Kürdüstan muxtariyyətinin Ərbil şəhərindəki digər bir hərbi təsisatı hədəfə alınıb.

 

Raket hücumundan az sonra, “Sepah” bəyanat yayaraq bildirib ki, Qasım Süleymaninin qisasını almaq üçün Amerikanın İraqdakı hərbi bazalarına onlarla raket atıb: “Bir daha Amerikaya xəbərdarlıq edirik ki, onun hər hansı bir təcavüzkar yeni addımına daha kəskin və dağıdıcı cavab verəcəyik. Biz həmçinin öz hərbi bazalarını Amerikanın ixtiyarına qoyan region ölkələrinə xəbərdarlıq edir, bildiririk ki, düşmənin bizə qarşı hər hansı bir təcavüzkar addımına şərait yaradan hər bir ölkə islam respublikasının hədəfinə çevriləcək” –deyə, bəyanatda bildirilir.

 

 

Amerikanın İraqdakı hərbi bazalarına qarşı hücumlarda, “Sepah”ın yer-yer “Fateh” adlı ballistik raketlərindən istifadə edildiyi bildirilir.

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar