Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla görüşüb

2017-03-15 11:45

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdinin müavini Məhəmməd bin Salmanla Ağ Evdə görüş keçirib.

 

Səudiyyə Ərəbistanının mətbuat agentliyinin verdiyi məlumata görə, görüş zamanı "iki ölkə arasında ikitərəfli münasibətlərin gücləndirilməsi və regionda birgə maraqları əhatə edən məsələlər" müzakirə edilib.

 

Bu, noyabr ayında Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra Səudiyyə Ərəbistanı kral ailəsi üzvləri arasında Vaşinqtonu ziyarət edən ən yüksək səviyyəli nümayəndədir.

 

Ağ Ev görüşlə bağlı detalları açıqlamayıb, lakin gözlənildiyi kimi görüşdə qlobal enerji qiymətləri, Suriya, İraq, Liviya (Libi) və Yəməndə münaqişələr kimi məsələlər müzakirə edilib. Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri ABŞ-ın dəstəyi ilə Yəməndə İranın dəstəklədiyi şiə qüvvələrə qarşı iki ildir hərbi əməliyyatlar keçirir.

 

Səudiyyə Ərəbistanı həmçinin Suriyada ABŞ-ın dəstəklədiyi koalisiya qüvvələrinin İŞİD militantlarına qarşı hərbi kampaniyasına daxildir.

 

Səudiyyə Ərəbistanı və ABŞ arasında münasibətlər keçmiş prezident Barak Obama administrasiyasının regionda ölkənin rəqibi olan İranla nüvə razılığı əldə etməsindən sonra soyumuşdu.

 

Səudiyyə Ərəbistanı rəsmiləri Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırılması və Tramp administrasiyası ilə İranın regionda nüfuzunun azaldılması istiqamətində birgə iş aparıla biləcəyi ilə bağlı nikbinliklərini ifadə ediblər.

 

Eyni zamanda, Səudiyyə Ərəbistanı Amerika silahlarının ən böyük alıcısı və dünyanın ən böyük neft ixracatçısıdır. (Amerikanın səsi)

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24