SON XƏBƏRLƏR

Tramp: “Şimali Koreya 4 sınaq poliqonunu bağlayıb”

2021.10.20, 07:36
Tramp: “Şimali Koreya 4 sınaq poliqonunu bağlayıb”

Gunaz.tv

GünAz TV: KXDR 4 iri sınaq poliqonunu bağlayıb və raket buraxılmasını dayandırıb.

 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Ağ Evdəki iclasda deyib.

 

"Onlar əslində özlərinin böyük sınaq poliqonlarından birini məhv ediblər. Sınaqdan keçirmək üçün nəzərdə tutulan dörd böyük poliqonu məhv ediblər", - deyə Tramp bildirib. Onun sözlərinə görə, söhbət həmçinin Soxedəki poliqondan gedir.

 

ABŞ rəhbəri KXDR-in tam nüvəsizləşdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilir ki, bu proses artıq başlayıb.

 

Tramp həmçinin xatırladıb ki, rəsmi Pxenyan Koreya müharibəsində həlak olan ABŞ əsgərlərinin də cəsədlərini qaytarır. Artıq 200 əsgərin nəşi ABŞ-a göndərilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar