SON XƏBƏRLƏR

Tramp Şimali Koreya lideri ilə görüşdən imtina edib

2021.10.20, 07:36
Tramp Şimali Koreya lideri ilə görüşdən imtina edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə görüşdən imtina edib.

 

APA-nın xəbərinə görə, bu barədə D. Tramp K. Çen Ina göndərdiyi məktubunda bildirib. "Təəssüf ki, sizin son bəyanatınızda nümayiş etdirilən böyük qəzəb və açıq düşmənçiliyə əsaslanaraq, mən hesab edirəm ki, hazırda çoxdan planlaşdırılan bu görüşü keçirmək məqsədəuyğun deyil", - deyə məktubda qeyd olunub.

 

Bununla yanaşı, ABŞ prezidenti gələcəkdə bu cür görüşə hazır olduğunu da söyləyib: “Mən nə vaxtsa (gələcəkdə) sizinlə görüşü səbirsizliklə gözləyirəm”.

 

Qeyd edək ki, görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar