SON XƏBƏRLƏR

Tramp: "Vaşinqton və Pekin tezliklə ticarət sazişi imzalaya bilər"

2021.10.20, 07:36
Tramp: "Vaşinqton və Pekin tezliklə ticarət sazişi imzalaya bilər"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp rəsmi Vaşinqton və Pekinin tezliklə ticarət sazişi imzalayacaqlarını istisna etməyib.

 

"Report" xəbər verir ki, ABŞ rəhbəri bu barədə özünün "Twitter" hesabında yazıb.

 

"ABŞ-ın işləri çox yaxşı gedir. Çin böyük və hərtərəfli saziş imzalamaq istəyir. Bu, baş verə bilər və çox tezliklə!", - deyə Tramp yazıb.

 

Amerika lideri bildirib ki, hazırda Çin iqtisadiyyatı ABŞ-la ticarət qarşıdurması fonunda cüzi artıma malikdir.

 

ABŞ prezidenti daha əvvəl də bildirib ki, Amerika və Çin ticarət sövdələşməsi imzalamağa yaxındır, lakin o, hazırkı vəziyyətin ABŞ tərəfini qane etmədiyini düşünür.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar