Tramp və Abbas Yaxın Şərq sülh prosesində diplomatik səyləri gücləndirməyə söz verib

2017-05-05 14:50

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Ağ Evdə Fələstinlilərin lideri Mahmud Abbası qəbul edib. Liderlər Yaxın Şərq sülh prosesində diplomatik inkişafa nail olunması səylərini müzakirə edib.

 

Donald Tramp və Mahmud Abbas arasında görüş səmimi şəraitdə keçib. Lakin Amerika prezidentinin mesajı kəskin olub-Birləşmiş Ştatlar şərtləri diktə etməyəcək, fələstinlilər və israillər razılığın əldə oluması üçün birgə işləməlidir.

 

ABŞ prezidenti Donald Tramp: “Mən moderator, arbitr, ya da vasitəçi olmaq istəyərdim və biz bu işi görüb qurtaracayıq.”

 

Fələstinlilərin lideri deyib ki, onun xalqı bütün dünyada hələ də işğal altında yaşayan yeganə xalqdır.

 

Fələstinlilərin lideri Mahmud Abbas: “Mən inanıram ki, biz sizin rəhbərliyiniz, qətiyyətli liderliyiniz və müdrikliyiniz, böyük vasitəçilik qabiliyyətləriniz, eləcə də Allahın köməkliyi və bütün səylərimizlə tarixi sülh razılaşmasına nail olmaq üçün həqiqi tərəfdaş ola biləcəyik.”

 

Görüşdən sonra nahar yeməyi zamanı Tramp Mahmud Abbasa deyib ki, sülhə nail olunması bəlkə də “insanların uzun zamandır düşündüyü qədər çətin olmaya bilər”. Nahar yeməyində vitse-prezidenti Mayk Pens və dövlət katibi Reks Tillerson da iştirak ediblər.

 

Sülh prosesində dönüşə nail olmaq qarşısında böyük maneələr Trampdan əvvəlki prezidentlər üçün ciddi çətinliklər yaratmışdı.

 

Bununla yanaşı, Abbas özünün mənsub olduğu Fətah partiyasında və Qəzza zolağına nəzarət edən rəqib Həmas qrupu tərəfindən ciddi sınaqlarla üzləşir.

 

Sülh prosesində inkişafa nail olunması uzun vaxt ala bilər. Lakin Yaxın Şərqdə diplomatik müzakirələrə cəlb olunmuş vasitəçilərin çoxu status-kvo vəziyyətinin baha başa gəldiyini deyərək, bu səylərə ümidsiz baxmır.

 

Vaşinqtonda Beynəlxalq və Strateji Araşdırmalar mərkəzinin təhlilçisi Antoni Kordsman.

 

“Tam ümidsizliyə qapılmaqdansa, səy göstərməyə davam etmək daha yaxşıdır. Xüsusilə də bunu tədricən və təmkinlə, imkansız möhlətlət və gözləntilər yaratmadan etmək mümkün ola bilər.”

 

Danışıqlara növbəti həftələr ərzində yenidən təkan verilə bilər. Belə ki, ABŞ prezidentinin bu ayın sonu İsrailə mümkün səfərinin planlaşdırılması başlanıb ("Amerikanın səsi").

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

2021-06-18

gun az article

Ərdoğan BMT-nin fəaliyyətini tənqid etdi

2021-06-18

gun az article

Qarabağda 13 mindən çox əmlakın inventarlaşdırılması başa çatıb

2021-06-18

gun az article

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

2021-06-18

gun az article

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

2021-06-18

gun az article

İranın Kürdüstan əyalətində səyyar səs qutusunu daşıyan mikroavtobus qəzaya uğrayıb: 1 ölü, 6 yaralı

2021-06-18

gun az article

İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

2021-06-18

gun az article

Əhmədinejad: “Bu seçkinin nəticəsi xalqın ziyanına olacaq”

2021-06-18

gun az article

Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI

2021-06-18

gun az article

İranın daxili işlər naziri: “Heç bir seçki məntəqəsində səsvermə prosesi dayandırılmayıb”

2021-06-18

gun az article

XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

2021-06-18

gun az article

Həsən Ruhani, Cavad Zərif və keçmiş prezident Məhəmməd Xatəmi səs verib

2021-06-18

gun az article

Xamneyi: “Hamı bu böyük milli sınaqda iştirak etməlidir

2021-06-18

gun az article

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

2021-06-18

gun az article

ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

2021-06-18

gun az article

Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib

2021-06-18

gun az article

Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir

2021-06-18

gun az article

Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi

2021-06-17

gun az article

Koronavirusa yoluxma sayı 178 milyonu ötdü

2021-06-18

gun az article

Putin Dumaya seçkilər təyin etdi

2021-06-18