SON XƏBƏRLƏR

Tramp: “Xamneyi danışığına fikir verməlidir”

2021.10.20, 07:36
Tramp: “Xamneyi danışığına fikir verməlidir”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp yanvarın 17-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın “dini lider”i axund Əli Xamneyinin dünənki çıxışında Amerika və onun müttəfiqi olan Avropa ölkələrinə qarşı səsləndirdiyi bəyanatına reaksiya verib.

 

Tramp deyib ki, İran rəhbəri danışarkən ağzından çıxan sözlərə fikir verməlidir: “İranın üzdəniraq “ali” dini lideri, baxmayaraq ki, son vaxtlar bu “ali”likdən heç nə qalmayıb, Amerika və Avropa barədə pis sözlər danışıb. Onların (İran rejiminin –red) iqtisadiyyatı çökmək ərəfəsindədir, xalqı da əzab içindədir. O, (Xamneyi) danışığına çox fikir verməlidir” –deyə, ABŞ prezidenti Donald Tramp “Twitter”də paylaşdığı yazısında vurğulayıb.  

 

Xatırladaq ki, İranın “dini lider”i Əli Xamneyi 8 il fasilədən sonra yanvarın 17-də “ayətullah Ruhullah Xomeyninin məqbərəsində ilk dəfə keçirtdiyi cümə namazı zamanı Amerika və Avropa ölkələrinin əleyhinə fikirlər səsləndirib.

 

Axund Əli Xamneyi

 

O, xütbə əsnasında nüvə sazişinin şərtlərinə icra olunması ilə bağlı avropa ölkələri il apardıqları danışıqlara toxunaraq, avropalılara etimad etmədiyini bir daha vurğulayaraq, onları Amerikanın “nökər”i adlandırıb: “Avropa ölkələri (Böyük Britaniya, Fransa, Almaniya –red),  Amerikaya qulluq edirlər. ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra mən bildirdim ki, onlara (avropalılara- red.) etimad etmirəm, onlar Amerikanın qulluğunda duracaqlar. Avropa ölkələri Amerikanın nökərləridir. Həmin zəlil ölkələr İran xalqını diz çökdürmək istəyirlər. Siz (Avropa ölkələri- red.) İranı diz çökdürəcək qədər böyük deyilsiniz”, - deyə Xamneyi əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar