SON XƏBƏRLƏR

Trampın sərəncamı ilə Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb

2021.10.20, 07:36
Trampın sərəncamı ilə Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Trampın avqustun 6-da imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Tramp bildirib ki, Vaşinqtonun məqsədi İrana qarşı maksimum iqtisadi təzyiq göstərməkdir.

 

ABŞ prezidentinin məsələ ilə bağlı yaydığı bəyanatında bildirilir ki, bu ölkə 2015-ci ildə əldə edilmiş nüvə sazişindən sonra ləğv etdiyi və ya dondurduğu sanksiyaları yenidən bərpa edir: “Amerika İrana qarşı tətbiq edilən bütün sanksiyaların tam icra olunması üçün üzərinə öhdəlik götürüb. Biz, sanksiyalara tam riayət olunmasından əmin olmaq üçün İranla ticarət əlaqələri olan ölkələrlə yaxından əməkdaşlıq edəcəyik. Hesab edirik ki, İranla əməkdaşlığını minimuma endirməyən şəxslər və ya müəssisələr ciddi bir risklə üz-üzə qalacaqlar.

 

Bu gün İran rejimi yalnız bir seçim qarşısında dayanıb. Ya özünün təhdid dolu dağıdıcı rəftar və siyasi kursunu dəyişib dünya iqtisadiyyatına inteqrasiya olmalı, ya da hazırda dünyadan təcrid olunmuş iqtisadi kursunu davam etdirməlidir.

 

Nüvə razılaşması (Bərcam) birtərəfli və dəhşətli bir saziş olaraq, nəinki öz əsas hədəfinə, yəni İranın nüvə silahına yiyələnməsinin bütün yollarını bağlamağa nail ola bilmədi, əksinə həyati əhəmmiyyət daşıyan böyük bir maliyyə mənbəyini qatil bir diktatorun ixtiyarına qoydu ki, bölgədə zorakılığın və qan tökülməsinin daha geniş miqyasda yayılmasına rəvac versin”.

 

Qeyd edək ki, Amerikanın İrana qarşı yeni sanksiyalarının birinci mərhələsində İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar