SON XƏBƏRLƏR

Trampla Makron arasında İran mövzusunda telefon danışığı olub

2021.10.20, 07:36
Trampla Makron arasında İran mövzusunda telefon danışığı olub

Gunaz.tv

GünAz TV: Amerika prezidenti Donald Trampla öz fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

 

Ağ Evin yaydığı bəyanata görə, telefon əlaqəsi zamanı İranın nüvə proqramı, eləcə də bu ölkənin atom bombası əldə etməsinə əngəl olmaq üçün göstərilən təlaşlar müzakirə mövzusu olub.

 

Bundan başqa, prezidentlərin körfəzdə artmaqda davam edən gərginlik ətrafında da müzakirə apardıqları bildirilir.

 

Qeyd etmək lazımdır ki, İran iyulun 7-də öz nüvə öhdəliklərini azaltmaqla bağlı “2-ci addım”a başladığını rəsmən bəyan edib. Rəsmi Tehran daha bu tarixdən etibarən nüvə razılaşması çərçivəsində icazə verilmiş uran depolaması və zənginləşdirilməsi hədlərinə riayət etməyəcəyini bildirir.

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bir neçə gün öncə yaydığı bəyanatda artıq İranın uranı 5%-ə qədər zənginləşdirdiyi vurğulanır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar