SON XƏBƏRLƏR

“Traxtur”a iki avropalı oyunçu transfer edildi

2021.10.20, 07:36
“Traxtur”a iki avropalı oyunçu transfer edildi

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası 18-ci super liqa yarışlarına güclü oyunçularla qatılmağa hazırlaşır.

 

Son məlumata görə, Şotlandiyanın (İskatlənd) Qlazqo şəhərini təmsil edən "Rangers" klubunun oyunçusu Harry Forster artıq “Traxtur” komandasına cəlb olunub.

 

İngiltərəli futbolçu Azərbaycan klubu ilə 2 illik müqavilə imzaladıqdan sonra “Traxtur” komandasına qoşulub.

 

Harry Forster

 

27 yaşlı Harry Forster, "Rangers" komandasında Steven Gerrardın yetirməsi olub. “Traxtur” komandasının baş məqşçisi Con Toşak onun oyunu ilə yaxşı tanış olduğu üçün futbolçunu komandasına cəlb edib.

 

Harry Forster bu mövsümdə “Traxtur”a transfer edilən ilk xarici oyunçudur.

 

İrlandiya milli komandasının oyunçusu Antonio Stokesin də Təbriz klubuna cəlb olunduğu bildirilir. Futbolçu klubla 2 illik müqavilə bağlayaraq Con Toşakın yetirmələrinin sıralarına qoşulub.

 

Antonio Stokes

 

Harry Forsterdən sonra ikinci xarici oyunçu kimi “Traxtur”a cəlb olunan 29 yaşlı Antonio Stokes komandada hücumçu kimi oynayacaq.

 

Bundan əvvək hər iki oyunçu Avropanın bir neçə məşhur komandasında oynayıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar