SON XƏBƏRLƏR

“Traxtur” Asiya Çempionlar Liqasında ilk xalını qazanıb – Birləşmiş Ərəb Əmirliklərində

2021.10.20, 07:36
“Traxtur” Asiya Çempionlar Liqasında ilk xalını qazanıb – Birləşmiş Ərəb Əmirliklərində

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası martın 5-i Təbriz vaxtı ilə saat 18:30-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əlcəzirə komandasının qonağı olub.  


Asiya Çempionlar Liqasının A qrupunun növbəti qörüşü Əbu-Dabi şəhərinin Məhəmməd İbni Zaid stadionunda keçirilib.

 

Asiya Çempionlar Liqası çərçivəsində keçirilən yarışlarda ilk xalını (imtiyaz) qazanan Azərbaycan komandası qol vurmaq üçün bir neçə şansı qaçırıb. Oyunda heç bir komanda tərəfindən qol vurulmayıb, qarşılaşma 0:0 bərabər hesabla sona çatıb.


“Traxtur” ötən günlərdə eyni qrupda yarışdığı Səudiyyə Ərəbistanının “Ələhli” və Qətərin “Əlğərafə” komandalarına məğlub olub.  Azərbaycan komandası “Əlcəzirə” ilə oyunu bərabər hesab hesabla başa vurduğu üçün səfərdən 1 xalla qayıdıb.


N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar