"Traxtur" Azərbaycan futbol komandasının iki oyunçusunun Covid- 19 infeksiyasına yoluxması ilə bağlı xəbərlər öz təsdiqini tapıb.
Gunaz.tv
Bu barədə həmin futbolçular- Məhəmməd Müslimipur və Mehdi Tikdərinejad özləri "İnstagram" hesablarında məlumat yayıb.
Onlar səhhətlərində narahatlıqların olduğunu və verdikləri Covid testinin cavabının müsbət çıxdığını bildiriblər.
Bu səbəbdən, futbolçular növbəti 14 gün ərzində karantində olacaqlar və "Traxtur"un ölkə çempionatı çərçivəsində keçirəcəkləri oyunlarda çıxış edə bilməyəcəklər.
Ə.A