“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16 17:08

Təbrizin “Traxtur Azərbaycan” futbol komandasınin baş məşqçisi Sakit İlhami İran Futbol Federasiyası İnzibati komitəsi tərəfindən cəzalandırılıb.

Gunaz.tv Quote | Gunaz article

Komitə İlhamini 6 ay müddətinə məşqçilikdən məhrum edib.

 

Məhrumiyyət qərarının Güney Azərbaycan təmsilçisi ilə Tehranın “İstiqlal” komandası arasındakı müsabiqədə zamanı “baş verən hadisələr” ilə əlaqədar olduğu iddia edilib.

 

İran Futbol Federasiyası İnzibati komitəsi həmçinin “Traxtur Azərbaycan” komandasının baş məşqçisini 50 milyon tümən cəriməyə məhkum edib.

 

Azərbaycan klubu bu ədalətsiz qərara etiraz edəcəyini bildirib.

 

Qeyd edək ki, sentyabrın 3-də “Traxtur Azərbaycan” futbol komandası Məşhəd şəhərində keçirilən matçda Tehranın “İstiqlal” komandasını 3:2 hesabı ilə məğlub edərək İran kubokunun (cam-i həzfi) sahibi olub.

 

“Traxtur Azərbaycan”ın qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan tərəfdarlar milli şüarlar səsləndirərək Azərbaycan musiqisi sədaları altında bu mühüm qələbəni bayram ediblər.

 

Xatırladaq ki, Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars şovinistlərinin simvoluna çevrilib. Hökumətin dəstək verdiyi komandaların bütün görüşlərində “Traxtur Azərbaycan” komandası və mənsub olduğu Azərbaycan türk milləti kobud şəkildə aşağılanır. Rejimin sistemli şəkildə yol verilən təhqirlərə səssiz qalması vaxtaşırı soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb. Lakin bu istiqamətdə hər hansı addım atılmayıb.

 

Güney Azərbaycan təmsilçisinin son qələbəsindən sonra İranın İdman naziri Məsud Sultanifər  “Traxtur Azərbaycan” futbol komandasını təbrik etmədiyi halda bu komandaya uduzan Tehranın “İstiqlal” komandasını təbrik edib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16

gun az article

Ərk cəmiyyəti adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi ala bilməyən uşaqla bağlı beynəlxalq qurumlara müraciət edib

2020-09-16

gun az article

Güney azərbaycanlı milli fəal Behnam Şeyxi müvəqqəti azadlığa buraxılıb

2020-09-16

gun az article

GünazTV Sep.15.2020-Özümüz: Məhəmmədəli Şah və Məşrutə

2020-09-15

gun az article

GünazTV Sep.15.2020 -GÜNDƏM MASASI: Farsçı təşkilatlar və medianın siyasi çıxar əsasında təbliğatı

2020-09-15

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-15

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 345 nəfər ölüb

2020-09-15

gun az article

Həmədanda şəhərətrafı məhəllə sakinlərinin sayı sürətlə artır

2020-09-15